Rusiyalı məşqçi Aleksandr Krestinin Qırğızıstan yığmasının baş məşqçi vəzifəsini tərk edib.
Bizim.Media xəbər verir ki, bu barədə Qırğızıstan Futbol İttifaqının saytında məlumat verilib.
Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Krestinin 2014-cü ildən Qırğızıstan millisinin baş məşqçisi idi.
Bizim.Media