Azərbaycan milli komandası Kolumbiya yığması ilə yoldaşlıq oyunu keçirə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə adıçəkilən ölkənin mətbuatı yazıb.
Bildirilir ki, Kolumbiya millisi iyunda iki yoldaşlıq oyunu keçirməyi planlaşdırır və millimiz potensial rəqiblər sırasında göstərilir.
Kolumbiya yığmasının baş məşqçisi Nestor Lorenzo Avropadan iki rəqiblə qarşılaşmalarını istəyir. Cənubi amerikalılar Serbiya, Polşa və Azərbaycan yığmaları arasında seçim edəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media