Azərbaycan gimnastları Portuqaliyanın Maya şəhərindəki akrobatika gimnastikası üzrə dünya kubokunda uğurlu çıxış ediblər.
Bizim.Media Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbıər verir ki, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət cütlük qarışıq hərəkətlər proqramında hamını qabaqlayaraq qızıl medal qazanıb.
Qeyd edək ki, idmançılarımız ötən ilki dünya kubokunda bürünc medal qazanmışdılar.
Rəşad Rafiqoğlu, Bizim.Media