Misli Premyer Liqasında 26-cı tur davam edir.
Bizim.Media xəbər verir ki, bu gün 2 matç keçirilib.
"Turan Tovuz" evdə "Qəbələ" ilə qarşılaşıb və 1:1 hesablı bərabərə qalıb. Günün digər oyununda isə lider "Qarabağ" autsayder "Səbail"i qəbul edib və 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turun ilk günündə də 2 qarşılaşma keçirilib. 26-cı tura sabah oynanılacaq 1 matçla yekun vurulacaq.
11 mart (şənbə) 18:00. “Qarabağ” – “Səbail” - 3:0
Qollar: Elvin Cəfərquliyev, 24, Musa Qurbanlı, 34, Julio Romao, 53
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Şamil İmanzadə
“Azersun Arena”
15:00. “Turan Tovuz” – “Qəbələ” - 1:1
Qol: Runi Eva, 19-pen. (1:0), Felipe Santos, 39 (1:1)
Hakimlər: Rauf Cabarov, Pərvin Talıbov, Zöhrab Abbasov, Emin Əliyev
Tovuz şəhər stadionu
12 mart (bazar) 15:00. “Şamaxı”– “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Zeynal Zeynalov, Rəhman İmami, Səbuhi Bayramov
Şamaxı şəhər stadionu
10 mart (cümə) “Sabah” – “Sumqayıt” - 4:0
“Kəpəz” – “Zirə” - 1:1
Rəşad Rafiqoğlu, Bizim.Media