Gəncədə federasiya kuboku start götürdü - FOTO 

Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə martın 11-də Gəncə şəhərində şose velosipedi üzrə Federasiya Kubokunun birinci mərhələsinə start verilib.

Bizim.Media xəbər verir ki, beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən keçirilən yarışın ilk günündə idmançılar kriterium növündə güclərini sınayıblar.

Ümumilikdə 30 velosipedçinin iştirak etdiyi mübarizəyə Heydər Əliyev Parkının önündən start verilib. İdmançılar təyin olunmuş marşrut üzrə dairəvi hərəkət ediblər.

Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar 60 km (10 dairə), yeniyetmə oğlanlar və qadınlar isə 42 km (7 dairə) məsafə qət ediblər.

Nəticələrə əsasən, Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Samir Cəbrayılov (MSN, 28 xal) hamıdan yaxşı göstəriciyə imza ataraq birinci, Musa Mikayılzadə (MSN, 27 xal) ikinci, Nəcəf Bağırov (ROEQİUGVM, 20 xal) isə üçüncü yerə layiq görülüblər.
Yeniyetmə oğlanların yarışında Ravi Rzayev (ROEQİUGVM, 35 xal) qızıl, Artyom Proskuryakov (Təhsil RİM, 23 xal) gümüş, Maksim Trendelyov (Təhsil RİM, 20 xal) bürünc medal qazanıblar.

Qadınların mübarizəsində isə Viktoriya Sidorenko (ROEQİUGVM, 40 xal) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Aybəniz Abbaszadə (ROEQİUGVM, 19 xal) ikinci, Lalə Əbdürəhmanova (ROEQİUGVM, 16 xal) üçüncü yerlə kifayətləniblər.

Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, martın 12-də velosipedçilər qrup ötüşməsində güclərini sınayacaqlar.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həcc ziyarəti ilə bağlı mühüm MƏLUMAT

Həcc ziyarəti ilə bağlı mühüm MƏLUMAT

Bu ölkədə məktəblərdə müəllimlərə də telefon qadağası QOYULUR

Bu ölkədə məktəblərdə müəllimlərə də telefon qadağası QOYULUR

“Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

“Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

Qardan sonra Lerik rayonunda SON VƏZİYYƏT - VİDEO

Qardan sonra Lerik rayonunda SON VƏZİYYƏT - VİDEO

Azərbaycan və İsrail arasında əməkdaşlıq perspektivləri müzakirə edildi – FOTO

Azərbaycan və İsrail arasında əməkdaşlıq perspektivləri müzakirə edildi – FOTO

Polis Bakıda əməliyyat keçirdi - Bu şəxslər saxlanıldı - VİDEO

Polis Bakıda əməliyyat keçirdi - Bu şəxslər saxlanıldı - VİDEO

Tramp yeni BMT yaradır?

Tramp yeni BMT yaradır?

İlham Əliyevdən Trampın dəvətinə CAVAB - FOTO

İlham Əliyevdən Trampın dəvətinə CAVAB - FOTO

Respublika stadionu qardan təmizlənir – VİDEO

Respublika stadionu qardan təmizlənir – VİDEO

Trampdan İlham Əliyevə MƏKTUB - "Sizinlə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm" - FOTO

Trampdan İlham Əliyevə MƏKTUB - "Sizinlə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm" - FOTO

Nərimanovdakı yanğın yolda tıxaca səbəb oldu - FOTO

Nərimanovdakı yanğın yolda tıxaca səbəb oldu - FOTO

Zelenski və həyat yoldaşının varidatı açıqlandı

Zelenski və həyat yoldaşının varidatı açıqlandı

Neft qiymətləri ilə bağlı KRİTİK PROQNOZ

Neft qiymətləri ilə bağlı KRİTİK PROQNOZ

Nərimanovda güclü yanğın - VİDEO

Nərimanovda güclü yanğın - VİDEO

Şuşa şəhərinin küçələri qardan belə təmizlənir – FOTO

Şuşa şəhərinin küçələri qardan belə təmizlənir – FOTO

Rəqsanə AĞLADI: “Efirdə hər şeyi danışmaq olmur” - VİDEO

Rəqsanə AĞLADI: “Efirdə hər şeyi danışmaq olmur” - VİDEO

“Səbail” bu futbolçu ilə müqavilə BAĞLADI

“Səbail” bu futbolçu ilə müqavilə BAĞLADI

İlham Əliyev Adrian Makdonaldla görüşdü – FOTO

İlham Əliyev Adrian Makdonaldla görüşdü – FOTO

“Qarabağ” play-off-un bir ADDIMLIĞINDA – “Ayntraxt”la görüşdə komandamızın QƏLƏBƏ ŞANSLARI

“Qarabağ” play-off-un bir ADDIMLIĞINDA – “Ayntraxt”la görüşdə komandamızın QƏLƏBƏ ŞANSLARI

Hərbi xidmətdən möhlət alan şəxslərə VACİB XƏBƏR: "Ölkədən çıxışınıza məhdudiyyət qoyula bilər"

Hərbi xidmətdən möhlət alan şəxslərə VACİB XƏBƏR: "Ölkədən çıxışınıza məhdudiyyət qoyula bilər"

“Range Rover”lə təhlükəli manevr edən sürücü belə saxlanıldı – ANBAAN VİDEO

“Range Rover”lə təhlükəli manevr edən sürücü belə saxlanıldı – ANBAAN VİDEO

Lerikdə 50-yə yaxın kənd işıqsız qaldı - FOTO

Lerikdə 50-yə yaxın kənd işıqsız qaldı - FOTO

Ağdamı “doğma vətən” adlandıran Simonyanın KARYERASINA SON – Paşinyandan yeni namizəd

Ağdamı “doğma vətən” adlandıran Simonyanın KARYERASINA SON – Paşinyandan yeni namizəd

2026-cı ildən bu mexanizm mərhələli şəkildə ləğv ediləcək — Pensiya alanların NƏZƏRİNƏ

2026-cı ildən bu mexanizm mərhələli şəkildə ləğv ediləcək — Pensiya alanların NƏZƏRİNƏ

End of content

No more pages to load

RADİO