Basketbol üzrə Yüksək Liqada 21-ci turun bir oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində "Gəncə" komandası doğma azarkeşlər önündə, "Sərhədçi" basketbolçularını qəbul edib.
Gərgin mübarizə şəraitində keçən oyunun sonunda 86-77 hesabı ilə sevinən tərəf "Gəncə" komandası olub.
Ən məhsuldar basketbolçular: "Gəncə BK" (Kollin Törner - 24 xal, 6 ribaund ), "Sərhədçi PİK" (Maykl Diqqins - 32 xal, 13 ribaund ) seçiliblər.
Qeyd edək ki, 21-ci tura sabah Şəkidə, "Olimpik Şəki BK" - "Sabah BK" oyunu ilə yekun vurulacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
