Azərbaycan Parisdə keçiriləcək 2024-cü il Paris Yay Olimpiya Oyunlarına ilk lisenziyasını qazanıb.
Bizim.Media xəbər verir ki, atıcımız Ruslan Lunyov Avropa çempionatında ikinci yeri tutmaqla buna nail olub.
O, Estoniyanın Tallin şəhərində keçirilən turnirdə 10 metr məsafəyə atəşatmada gümüş medal qazanıb və Paris-2024-də iştirak etmək hüququ əldə edib.
Xatırladaq ki, Paris-2024 26 iyul – 11 avqust tarixlərində keçiriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media