Gələn il Parisdə keçiriləcək Yay Olimpiya oyunları üçün 3,2 milyon bilet satılıb.
Bizim.Media xəbər ki, satışa fevralın 15-dən start verilib.
Biletləri 158 ölkənin vətəndaşları alıb. Onlardan 2/3 hissəsinə fransızlar sahib çıxıb.
Biletlərin 13 faizi 24 avro, 70 faizi 100 avroya qədər, 4 faizi isə 200 avrodan artıq qiymətə satılıb. Martın 15-dən isə 1,5 milyon bilet satışa çıxarlıacaq.
Olimpiadanın təşkilatçıları ümumilikdə 10 milyon bilet satışından 1,4 milyard avro gəlir əldə etməyi planlaşdırır.
Xatırladaq ki, Paris Olimpiadası gələn il iyulun 26-dan avqustun 11-nə qədər keçiriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
