"Kuban"ın yetirməsi olan Sadiq Bağıyev karyerasını Azərbaycanda davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, gənc yarımmüdafiəçiyə "Neftçi" maraq göstərir.
"Ağ-qaralar" onu yayda heyətinə qatmaq niyyətindədir.
Əlavə edək ki, "Kuban"ın futbol akademiyasının yetirməsi olan Bağıyev Azərbaycanın U-19 yığmasına da cəlb edilmişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media