Fransa millisinin sabiq üzvü Tyerri Anri PSJ klubunu tənqid edib.
Bizim.Media xəbər verir ki, veteran hücumçu "RMC Sport"a açıqlamasında Paris təmsilçisində işlərin düzgün qurulmadığını bildirib:
"Klubun planı, pinsipi, fəlsəfəsi nədir? Dəfələrlə demişəm ki, klubla azarkeşlər arasında uçurum var. Onlar praktiki olaraq köhnə PSJ-yə üstünlük verirlər. Bu, çılğın görünə bilər. Çünki 20 il əvvəl Parisdə belə bir komanda olacağını desəydilər, bunun zarafat olduğunu düşünərdim. İndi azarkeşlərin belə komandaları olsa da, bundan məmnun deyillər. Çünki klubla eyniləşə bilmirlər. Arada uçurum var. Bunda PSJ klubu günahkardır".
Xatırladaq ki, PSJ Çempionlar Liqasının 1/8 finalında "Bavariya" ilə mübarizədə uduzaraq (0:1, 0:2) turnirlə vidalaşıb.
Bizim.Media