2014-cü ildə keçirilən Soçi Olimpiadasında dopinq qəbul etdiyinə görə rusiyalı biatlonçu Olqa Zaytsevanın nəticələrinin ləğv olunması nəticəsində Rusiya millisinin estafet yarışında gümüş medalı ləğv olunub.
Bizim.Media xəbər verir ki, nəticədə gümüş medallar rusiyalı biatlonçulardan alınaraq çexiyalılara təqdim olunub.
Beynəlxalq Biatlon Federasiyasının İdmançılar Komissiyasının rəhbəri Kler İqen məsələyə münasibət bildirib. O haqq-ədalətin sonda qalib gəldiyini söyləyib:
“9 il! 4 çexiyalı biatlonçu Rusiya hökümətinin sponsorluğu ilə dopinqlə oğurlanan medallarına sahib çıxmaq üçün məhz bu qədər vaxt gözlədi. Onlara bu sevincli anları bəxş etmək lazım idi. Unutmayın ki, hələ də öz haqqını gözləyən idmançılar var”.
Rəşad Rafiqoğlu, Bizim.Media