Sabah Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışlarına start veriləcək.
Bizim.Media xəbər verir ki, yarışlarda rekord sayda - 48 ölkədən 173 idmançı iştirak edəcək.
Turnirdə ölkəmizin idman şərəfini Samirə Qəhrəmanova, Nazənin Teymurova, Nikita Simonov və İvan Tixonov qoruyacaqlar.
Dünya kuboku yarışlarının yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.
Bizim.Media