Nazir federasiya nümayəndələri ilə görüşdü - FOTO 

Gənclər və idman naziri Fərid Qayıbov fevralın 13-də Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə görüş keçirib.  

Bizim.Media xəbər verir ki, görüşdə qardaş Türkiyədə baş vermis zəlzələ qurbanları yad edilib və Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil olunan yardım kampaniyasında aktiv iştiraka görə nazir Fərid Qayıbov Bakı Şəhər Halqasına və idman federasiyalarına təşəkkür edib. 

Tədbirdə gənclər və idman nazirliyinin əmri ilə idman dərəcələrinə layiq görülmüş bir qrup idmançıya müvafiq nişan və vəsiqələr təqdim edilib.  

Sonra “Təkan” layihəsi, “Bakı Şəhər Halqası”, nazirliyin nəzdində fəaliyyət göstərən təlim-məşq bazaları ilə bağlı təqdimatlar olub, federasiya nümayəndələrinin fikir və təklifləri dinlənilib.

Həmçinin 2020-2024-cü illər üçün Beynəlxalq Olimpiya Komitəsinin strategiyası və 2023-cü il üçün ölkə və beynəlxalq yarışların təqvim planı, idman növləri üzrə yığma komandaların idmançı və məşqçi heyətinin siyahıları təqdim edilib.  

Görüşdə Paris-2024 Yay Olimpiya Oyunlarına idman növləri üzrə hazırlıq məsələləri, ölkə yarışlarının keçirilmə qaydaları ilə bağlı Texniki Reqlament, III Avropa Oyunlarına idman növləri üzrə hazırlıq məsələləri, 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü və “İdman həftəsi” barədə məlumat verilib.  
Həmçinin, 2023-cü il üçün tibbi təminat, 2023-2024-cü illər üçün Vahid İdman Təsnifatı, idmançı və məşqçilərin lisenziyalaşdırılması, Azərbaycan Gimnastika Federasiyasının məşqçilərinin peşəkar hazırlığı üzrə tədris proqramı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri üçün federasiyalarda istehsalat təcrübəsi keçmək imkanlarının yaradılması və digər məsələlər müzakirə edilib.  

Həmçinin Olimpiya İdman Kompleksləri, uşaq-gənclər idman məktəbləri, federasiyalar, idman qurğularında fəaliyyət göstərən məşqçi-müəllimlər üçün seminarların təşkili, idman növləri üzrə milli komandaların məşqçilərinin təsdiqi haqqında fikirlər dinlənilib və müzakirələr aparılıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qırğızıstandakı səfirimizin qardaşı vəfat etdi

Qırğızıstandakı səfirimizin qardaşı vəfat etdi

Tanınmış modeldən VALİDEYNLƏRƏ - “Öz dünyagörüşünüzü övladlarınıza məcburən qəbul etdirməyin”

Tanınmış modeldən VALİDEYNLƏRƏ - “Öz dünyagörüşünüzü övladlarınıza məcburən qəbul etdirməyin”

Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi – FOTO

Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi – FOTO

Cəbi Bəhramovdan İran mollalarına SƏRT REAKSİYA - “Qarabağda 67 məsciddən 65-i dağıdılanda niyə səsiniz çıxmırdı?!”

Cəbi Bəhramovdan İran mollalarına SƏRT REAKSİYA - “Qarabağda 67 məsciddən 65-i dağıdılanda niyə səsiniz çıxmırdı?!”

Ukrayna ordusu Kursk vilayətində “İskander-M” kompleksinin təmir bazasını vurdu

Ukrayna ordusu Kursk vilayətində “İskander-M” kompleksinin təmir bazasını vurdu

Türkiyənin hakim partiyasının rəsmilərinin qərəzli açıqlamalarına YAP-dan CAVAB

Türkiyənin hakim partiyasının rəsmilərinin qərəzli açıqlamalarına YAP-dan CAVAB

Novxanı-Pirşağı istiqamətində kanalizasiya kollektorunun tikintisinə başlanılır – FOTO

Novxanı-Pirşağı istiqamətində kanalizasiya kollektorunun tikintisinə başlanılır – FOTO

Azərbaycanda ilk dəfə meyitdən ürək köçürülən 20 yaşlı gənc vəfat etdi – FOTO

Azərbaycanda ilk dəfə meyitdən ürək köçürülən 20 yaşlı gənc vəfat etdi – FOTO

Laos Prezidenti Zəfər parkını ziyarət etdi – FOTO

Laos Prezidenti Zəfər parkını ziyarət etdi – FOTO

Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi – FOTO

Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi – FOTO

Ər-arvadın ölümünə səbəb olan sürücüyə bu cəza verildi

Ər-arvadın ölümünə səbəb olan sürücüyə bu cəza verildi

Əfsanə 40 ildən sonra geri qayıdır - Tam elektrikli olacaq

Əfsanə 40 ildən sonra geri qayıdır - Tam elektrikli olacaq

Türkiyədəki anti-Azərbaycan kampaniyasının SİRRİ AÇILDI

Türkiyədəki anti-Azərbaycan kampaniyasının SİRRİ AÇILDI

İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verildi – FOTO

İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verildi – FOTO

63 yaşlı nənə 16 yaşlı nəvəsi ilə eyni liseydə oxuyur – FOTO

63 yaşlı nənə 16 yaşlı nəvəsi ilə eyni liseydə oxuyur – FOTO

"Qadağanedici nişan var, amma maşın saxlanılır" - Sakinlərdən şikayət – VİDEO

"Qadağanedici nişan var, amma maşın saxlanılır" - Sakinlərdən şikayət – VİDEO

Oktay Kaynarca “Milyoner”dən ayrıldı

Oktay Kaynarca “Milyoner”dən ayrıldı

Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər SAXLANILDI – FOTO/VİDEO

Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər SAXLANILDI – FOTO/VİDEO

Sabah Bakıda hava necə olacaq?

Sabah Bakıda hava necə olacaq?

Çingiz Aytmatovun sabiq kürəkəni xaricdə saxlanıldı – FOTO-VİDEO

Çingiz Aytmatovun sabiq kürəkəni xaricdə saxlanıldı – FOTO-VİDEO

Dövlət qulluqçularının ən yüksək və ən aşağı əməkhaqqı aldığı bölgələr – SİYAHI

Dövlət qulluqçularının ən yüksək və ən aşağı əməkhaqqı aldığı bölgələr – SİYAHI

Bakıda 92 nömrəli marşrutun bütün avtobusları yenilənir

Bakıda 92 nömrəli marşrutun bütün avtobusları yenilənir

Razi Nurullayev: “Sertifikat alan şəxslərin bir qismi beş il ərzində iş tapa bilmir”

Razi Nurullayev: “Sertifikat alan şəxslərin bir qismi beş il ərzində iş tapa bilmir”

Siyavuş Novruzov: “Ayrı-ayrı ölkələrdən Azərbaycana qarşı təhdidlər var”

Siyavuş Novruzov: “Ayrı-ayrı ölkələrdən Azərbaycana qarşı təhdidlər var”

End of content

No more pages to load

RADİO