“Qarabağ”ın qanalı forvardı Ovusu Kvabenanın “Ferentsvaroş”a keçəcəyi ilə bağlı xəbər vermişdik.
Bizim.Media xəbər verir ki, hücumçunun keçidi hər an baş tuta bilər. Bunun səbəbi Ağdam klubunun etdiyi son transferlərdir.
Xüsusilə albaniyalı Cecanın gəlişi Ovusunun klubdan getmə ehtimalını artırıb.
Yaxın günlərdə artıq Ovusu “Qarabağ”la vidalaşıb Macarıstana yollanacaq. O, icarə əsasında deyil, birbaşa “Ferentsvaroş”a gedəcək. Macarıstan klubu bu transferə görə “Qarabağ”ın tələb etdiyi məbləği də ödəməyi qəbul edib.
Rəşad Rafiqoğlu, Bizim.Media