Azərbaycanda iki klubda oynamış futbolçu yenidən ölkəmizə qayıdır.
Bizim.Media xəbər verir ki, söhbət haitili legioner Donald Geryedən gedir.
Bu dəfə futbolçu “Zirə”yə keçir. Hazırda tərəflər arasında danışıqlar davam edir. Əgər razılıq əldə olunsa, yarımmüdafiəçi qəsəbə təmsilçisi ilə müqavilə bağlayacaq.
Qeyd edək ki, Geryenin son klubu Kiprin “Olimpiakos” komandası olub.
Bizim.Media