“Kəpəz” – “Qəbələ” oyunu çərçivəsində Gəncədə səfərdə olan AFFA-nın baş katibi Sərxan Hacıyev yerli futbol akademiyasının tikintisi ilə maraqlanıb.
Bizim.Media xəbər verir ki, “Kəpəz” klubunun İdarə Heyətinin sədri İlqar Nadiri Gəncə şəhər stadionunun ərazisində inşa edilən akademiyada aparılan son işlərlə bağlı məlumat verib.
İlqar Nadiri bildirib ki, qarşıdakı iki ayda futbol akademiyasının inşasının başa çatdırılması planlaşdırılıb.
İşlər bu tempdə davam edərsə, martın sonlarında idman qurğusu açılışa hazır olacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media