Yanvarın 24-də "Sərhədçi" İdman Mərkəzində, "Sərhədçi BK" və "NTD BK" basketbolçuları arasında keçirilən qarşılaşma ilə Azərbaycan Basketbol Liqasında (ABL) 15-ci turun açılış oyunu baş tutub.
Bizim.Media xəbər verir ki, bərabər mübarizə şəraitində gedən oyunun sonunda "NTD BK" basketbolçuları meydandan 79-78 hesablı çətin qələbə ilə ayrılıblar.
Ən məhsuldar basketbolçular: "Sərhədçi BK" ( Endar Poladxanlı - 20 xal, 4 ribaund ), "NTD BK" (Londel Kinq - 27 xal, 23 ribaund).
Qeyd edək ki, 15-ci turun digər oyunları ("Sabah BK" - "Zirvə Astara BK", "AAAF Xırdalan BK - "Neftçi İK", "Gəncə BK" - "Olimpik Şəki BK") 28 və 29 yanvar tarixlərində keçiriləcək.






Rəşad Rafiqoğlu, Bizim.Media