“Zirə” qış fasiləsinin sonuna yaxın transferdə fəallaşıb. Artıq “Dinamo” Kiyevin üzvü Vladislav Kulaçla razılıq əldə edən qəsəbə klubu daha bir keçidi reallaşdırıb.
Bizim Media-nın əldə etdiyi məlumata görə komanda Ukraynadan daha bir futbolçunu Azərbaycana gətirib.
Söhbət bu ölkənin U-21 yığmasının üzvü Eldar Quliyevdən gedir. “Şaxtyor”un yetirməsi olan Quliyevin son klubu “Minay”dır. Vaxtilə Azərbaycan millisinə də dəvət olunacağı gözlənilən yarımmüdafiəçi seçimini slavyan ölkəsinin xeyrinə etmişdi.
Artıq “Zirə”nin düşərgəsində olan Eldar Quliyevlə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media