27-29 yanvarda Portuqaliyanın Almada şəhərində Qran Pri turniri keçiriləcək.
Bizim.Media xəbər verir ki, üç gün davam edəcək turnirdə dünyanın 83 ölkəsindən 580 idmançı iştirak edəcək.
Mötəbər yarışda qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov, böyüklərdən ibarət yığmanın böyük məşqçi Elçin İsmayılov və qadınlardan ibarət yığmanın məşqçisi Elnur İsmayılovun rəhbərliyi altında Azərbaycan milli yığma komandası 16 cüdoçu ilə təmsil olunacaq.
Qadınlar
-48 kq.
Leyla Əliyeva
Könül Əliyeva
-52 kq.
Gültac Məmmədəliyeva
Aydan Vəliyeva
-57 kq.
Fidan Əlizadə
-63 kq.
Aytac Qardaşxanlı
-70 kq.
Südabə Ağayeva
Kişilər
-60 kq.
Turan Bayramov
Nazir Talıbov
-66 kq.
Yaşar Nəcəfov
-73 kq.
Vüsal Qələndərzadə
Nurlan Osmanov
-81 kq.
Rüstəm Orucov
Elcan Hacıyev
-90 kq.
Vüqar Talıbov
+100 kq.
Camal Qamzatxanov
Rəşad Rafiqoğlu, Bizim.Media
