Azərbaycan Tennis Federasiyası erməni tennisçinin təxribatları HAQDA: “Mütləq cəzalanmalıdır” - VİDEO

Xəbər verdiyimiz kimi, tennis üzrə “Australian Open” turnirində Azərbaycana qarşı növbəti təxribata yol verilib. Yarışda Ermənistanla yanaşı, Qarabağdakı separatçı rejimin bayrağı açılıb. Bir qrup erməninin məqsədli şəkildə etdiyi təxribatçı əməl turnirdə Rusiyanı təmsil edən erməni əsilli tennisçi Karen Xaçanovun təşəbbüsü ilə yaponiyalı Yesehito Nisioka ilə görüş zamanı törədilib.

Həmçinin Xaçanov oyundan sonra yenidən kameranın obyektivinə “Sona qədər inanmağa davam edin. “Arsax”, (Qarabağdakı qondarma rejim) möhkəm ol” yazıb. Bundan sonra Azərbaycan Tennis Federasiyası (ATF) Rusiya Tennis Federasiyasına etiraz məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, ATF-nin icraçı direktoru Səbirə Abdullayeva qurumun məsələyə ciddi yanaşdığını bildirib.

Onun sözlərinə görə, Beynəlxalq Tennis Federasiyasına və Rusiya Tennis Federasiyasına idmançının yolverilməz hərəkəti ilə bağlı etiraz məktubu göndərilib:

“Ümid edirik ki, Xaçanovun belə hərəkətlərinin qarşısı alınacaq və növbəti yarışlarda bu cür hal yaşanmayacaq. Beynəlxalq federasiya və təşkilatçılar gələcəkdə mötəbər turnirlərdə belə halların təkrarlanmaması üçün tədbirlər görəcək. Ümid edirik ki, məsələ obyektiv olaraq öz həllini tapacaq. Düşünürük ki, tennisçinin bu cür münasibəti ölkəmizə qarşı böyük təxribatdır. Biz həmin oyunçu barəsində müəyyən cərimələr, sanksiyalar və onun turnirdən kənarlaşdırılmasını tələb etdik. O, etdiyi hərəkətə görə mütləq cəzalanmalıdır. Öz niyyətimizə, məqsədimizə çatmadan dayanmayacağıq. Onun bu hərəkəti tennisin nüfuzuna da xələl gətirir”.

Xatırladaq ki, Xaçanov yanvarın 20-də ABŞ tennisçisi Frensis Tiafonunu məğlub etdiyi görüşdən sonra da qələbə sevinci adı ilə kameraya ürək sözlərini yazıb. O, obyektivin üzərinə “Arsax, möhkəm ol” sözlərini qeyd edib. 
Azərbaycan Tennis Federasiyası həmin hadisədən sonra da Beynəlxalq Tennis Federasiyasına və Rusiya Federasiyasına etiraz məktubu ünvanlayıb.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

2026-cı ildə varlanacaq BÜRCLƏR: Astroloqlar açıqladı

2026-cı ildə varlanacaq BÜRCLƏR: Astroloqlar açıqladı

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

Qurban Qurbanov: "Böyük komandalarla bir sırada olmaq qürurvericidir"

Qurban Qurbanov: "Böyük komandalarla bir sırada olmaq qürurvericidir"

Sumqayıtda ağır qəza: XƏSARƏT ALANLAR VAR – VİDEO

Sumqayıtda ağır qəza: XƏSARƏT ALANLAR VAR – VİDEO

Bu şəxslərin təhsilhaqqı dövlət hesabına qarşılanmayacaq – SİYAHI

Bu şəxslərin təhsilhaqqı dövlət hesabına qarşılanmayacaq – SİYAHI

Tramp Davosda özünü diktator adlandırdı - VİDEO

Tramp Davosda özünü diktator adlandırdı - VİDEO

Qanunda "ər" və "arvad" sözləri ləğv edilir?

Qanunda "ər" və "arvad" sözləri ləğv edilir?

2026-cı ildə pul içində üzəcək BÜRCLƏR

2026-cı ildə pul içində üzəcək BÜRCLƏR

Yevlaxda dəm qazı FACİƏSİ – Bir ailənin beş üzvü... – ÖZƏL

Yevlaxda dəm qazı FACİƏSİ – Bir ailənin beş üzvü... – ÖZƏL

Radmila Şekerinska Azərbaycana gəldi

Radmila Şekerinska Azərbaycana gəldi

“Əkbər sevincindən bütün sığınacağı oyatdı” - Video

“Əkbər sevincindən bütün sığınacağı oyatdı” - Video

Qəzzada daha 3 jurnalist həlak oldu

Qəzzada daha 3 jurnalist həlak oldu

Həmin işarədən danışdı

Həmin işarədən danışdı

Abituriyentlərin DİQQƏTİNƏ – Ədəbiyyat və tarix qəbul imtahanından ÇIXARILIR?

Abituriyentlərin DİQQƏTİNƏ – Ədəbiyyat və tarix qəbul imtahanından ÇIXARILIR?

Karantində yazılan cərimələr ləğv edilib? - "Beşillik müddət başa çatıb"

Karantində yazılan cərimələr ləğv edilib? - "Beşillik müddət başa çatıb"

“Qalatasaray” öz meydanında qələbə qazana bilmədi – VİDEO

“Qalatasaray” öz meydanında qələbə qazana bilmədi – VİDEO

Qurban Qurbanov: “Hakimin qərəzli qərarı ilə bağlı ən yaxşı şərhi Prezident verib”

Qurban Qurbanov: “Hakimin qərəzli qərarı ilə bağlı ən yaxşı şərhi Prezident verib”

BİZİM TƏQVİM: 22 yanvarda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 22 yanvarda baş vermiş tarixi hadisələr

PSJ-nin üzvü insan alverində günahlandırılır

PSJ-nin üzvü insan alverində günahlandırılır

Məktəblilər üçün yeni metodik vəsaitlər istifadəyə verildi - FOTO

Məktəblilər üçün yeni metodik vəsaitlər istifadəyə verildi - FOTO

Bakıda 40 yaşlı qadın qətlə yetirildi - Əri şübhəli bilinir

Bakıda 40 yaşlı qadın qətlə yetirildi - Əri şübhəli bilinir

Türkiyəli məşqçi Rusiya klubundan AYRILDI

Türkiyəli məşqçi Rusiya klubundan AYRILDI

Quru dondurmalar faydalıdırmı? - YENİ TREND

Quru dondurmalar faydalıdırmı? - YENİ TREND

Əməkdar artistə AĞIR İTKİ

Əməkdar artistə AĞIR İTKİ

End of content

No more pages to load

RADİO