Avropa Voleybol Konfederasiyası tərəfindən Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərilib.
Bizim.Media xəbər verir ki, Gözəlbəyli 2023-cü ilin ilk təyinatı olaraq kişi voleybolçular arasında Çelenc kubokunun 1/4 final matçının supervayzeri təyin edilib.
Həmyerlimiz yanvarın 26-da Buxarest şəhərində keçiriləcək “Steaua Bucuresti” (ROU) - “ Olympiacos Piraeus” (GRE) klublarının qarşılaşmasında hakimlərin işinə qiymət verəcək.
Qeyd edək ki, görüşün hakimləri niderlandlı Mark Jan Vinstra və italiyalı Michele Brunelli olacaq.
Bizim.Media