Gəncənin “Kəpəz” futbol klubu qış təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb.
Bizim.Media xəbər verir ki, komanda bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportundan Antalyaya yola düşüb.
Yanvarın 19-dək qardaş ölkədə təlim-məşq toplanışında olacaq Gəncə təmsilçisi orada 3 yoxlama matçı keçirəcək. “Kəpəz” yanvarın 14-də Macarıstanın “MTK Budapeşt”, 16-da Serbiyanın “Novi Pazar”, 18-də isə Qazaxıstanın “Kaysar” komandaları ilə üz-üzə gələcək.
Qeyd edək ki, Tərlan Əhmədovun baş məşqçi olduğu komanda mövsümün ilk yarısını 12 xalla 9-cu pillədə bitirib.
Bizim.Media

