"Brentford" Romeo Bekhemi heyətinə qatıb.
Bizim.Media xəbər verir ki, bu barədə İngiltərə klubunun saytı məlumat yayıb.
Bildirilib ki, "Brentford" futbolçunu mövsümün sonuna kimi bu klubdan icarəyə götürüb. Romeo klubun ikinci komandasında çıxış edəcək.
20 yaşlı hücumameyilli yarımmüdafiəçi "İnter Mayami"nin sahibi Devid Bekhemin oğludur.
Qeyd edək ki, R.Bekhem bundan əvvəl "İnter Mayami"nin ikinci komandasında oynayıb və 26 oyunda 2 qol vurub.
Bizim.Media