Cənubi Azərbaycan təmsilçisi “Traktor” İran çempionatında 15-ci tur oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, Təbriz təmsilçisi əzəli rəqibi "İstiqlal"la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.
Hər iki qolun müəlllifi Məhəmməd Qənbəri olub.
Bu qələbədən sonra xalını 22-yə çatdıran “Traktor” turnir cədvəlində 6-cı pilləyə yüksəlib. "İstiqlal" 27 xalla 4-cüdür. Siyahıya 32 xalla "Persepolis" başçılıq edir.
Bizim.Media