"Əl-Nəsr" hücumçusu Vensan Abubakarı icarəyə göndərəcək.
Bizim.Media "Okaz"a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu yeni transferi Kriştiano Ronaldonu bu mövsüm üçün iştirak ərizəsinə daxil etmək üçün bu addımı atacaq.
“Əl-Nəsr” rəhbərliyi onu Avropa klublarından birinə Türkiyənin “Fənərbaxça”sına və ya İngiltərənin “Mançester Yunayted”inə keçidi ilə bağlı Abubakarla razılaşıb. Kamerunlu futbolçunun "qırmızı şeytanlar"a keçmək təklifini qəbul edəcəyi gözlənilir.
Beləliklə, "Əl-Nəsr" Əbubakarı komandanın cari mövsüm üçün ərizəsindən kənarlaşdıra və Ronaldonu daxil edə biləcək.
Qeyd edək ki, Ronaldo 2022-ci ilin noyabrında "Mançester Yunayted"lə müqaviləyə xitam verib. 37 yaşlı oyunçu "Əl-Nəsr"ə azad agent kimi transfer olunub.
Bizim.Media