“Qarabağ” klubu heyətində olan bir çox futbolçulara xarici ölkələrdən təklif gəldiyinə görə, həmin oyunçularla danışıqları sürətləndirib.
Bizim.Media xəbər verir ki, Marko Veşoviçi heyətdə saxlayaraq onunla 2 illlik müqavilə bağlayan Ağdam klubu qapıçı Şahruddin Məhəmmədəliyevlə də bağlı eyni addımı atmaq istəyir.
Belə ki, Dağıstan əsilli qapıçıya da bir neçə sərfəli təklif gəlib. Amma “Qarabağ” cəld tərpənərək Məhəmmədəliyevlə razılığa gəlib.
Qapıçı ilə yeni 2 illik müqavilə bağlanılacaq. Təbii ki, maaşının da artırılması şərti ilə. Yaxın günlərdə klubun bununla bağlı rəsmi açıqlama verməsi gözlənilir.
Rəşad Rafiqoğlu, Bizim.Media