“Səbail” heyəti gücləndirmək üçün axtarışları davam etdirir. Komandanın maraqlandığı oyunçulardan biri də Rusiyada oynayan əslən azərbaycanlı futbolçu Sərdar Sərdarovdur.
Bizim.Media xəbər verir ki, yarımmüdafiəçi hazırda Xorvatiyanın “İstra” klubuna məxsusdur.
Vaxtilə ÇSKA-da da oynayan futbolçu həmçinin "Anji”, “Krılya Sovetov”, “Slaviya”(Sofiya), “Yenisey”, “Krakoviya”, “Mezekoşevd”, “İnter”(Zapreşiça) klublarının da şərəfini qoruyub. O, son olaraq “Aktobe”də icarə əsasında çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media