"Sumqayıt"ın futbolçusu Vüsal İsgəndərlinin Şimali Makedoniya klubuna keçidi alınmayıb.
"Gənclik şəhəri" təmsilçisinin üzvü "Şkendiya" ilə anlaşa bilməyib. Futbolçu komanda ilə danışıq aparsa da, maliyyə məsələlərində ortaq məxrəcə gələ bilməyib.
Xatırladaq ki, onun xidmətində Şimali Makedoniyanın digər klubu - "Şkupi" də maraqlıdır. İsgəndərli “Sumqayıt”dan öncə Türkiyə birinci Liqa təmsilçisi “Keçiörengücü”nün formasını geyinib.
Rəşad Rafiqoğlu, Bizim.Media
