Heyətini gücləndirmək üçün transfer fəaliyyətini davam etdirən “Qarabağ” daha bir futbolçunu transfer siyahısına əlavə edib.
Bizim.Media xəbər verir ki, bu Macarıstanın “Ferentsvaroş” klubunun forvardı Frank Bolidir.
Kot Divuarlı hücumçu klublar arasında keçirilən Çempionlar Liqasının təsnifat mərhələsinin oyunlarında da iştirak edib.
Ağdam klubu ilkin mərhələdə Bolini icarəyə götürmək istəyir. Macaristan təmsilçisinin heyətində 83 oyunda 28 qol vuran Boli 2019-cu ildə Norveçin “Stabek” klubundan transfer olunub.
Xatırladaq ki, “Ferentsvaroş” da “Qarabağ”ın hücumçusu Ovusu Kvabena ilə maraqlanır və hətta qanalı forvardın artır budapeştlilərlə ilkin müqaviləyə qol çəkdiyi də iddia olunur.
Rəşad Rafiqoğlu, Bizim.Media