“Qarabağ”ın braziliyalı futbolçusu Kadi Borgesin Rusiyanın “Krasnodar” klubuna rekord məbləğə - 5 milyon avro qarşılığında keçməsi Azərbaycan futbolu tarixində bir ilk oldu.
Belə ki, indiyə qədər futbolumuzda belə yüksək məbləğə xarici kluba keçən futbolçu olmamışdı.
Əslində bir qədər tarixə səyahət etsək, elə ən bahalı transferlərin də “Qarabağ” tərəfindən edildiyini görərik. Daha doğrusu, Ağdam klubu həm də transfer haqqı ödəyib hansısa bir oyunçunu heyətə qatmaq ənənəsini futbolumuz üçün formalaşdırıb.
Bu barədə hazırladığımız videomaterialı təqdim edirik:
Bizim.Media