Kadinin satışından sonra heyətini gücləndirmək istəyən “Qarabağ” daha bir futbolçusunu geri qaytarmaq isrtəyir.
Bizim.Media xəbər verir ki, ağdamlıların hədəfindəki oyunçu Kapo Verde millisinin üzvü Patrik Andradedir.
Hazırda Serbiyanın “Partizan” klubunun oyunçusu olan yarımmüdafiəçi əsas heyət üzvü sayılmır. Məhz bu səbəbdən komandasını dəyişmək istəyir.
Ağdam klubu ilkin olaraq Andradeni mövsümün sonunadək icarəyə götürmək istəyir. Əgər danışıqlar uğurla getsə, yarımmüdafiəçi qış fasiləsində komandaya qoşulacaq.
Qeyd edək ki, Patrik Andrade ötən mövsüm başa çatandan sonra müqaviləsi bitdiyinə görə “Qarabağ”ı tərk etmişdi.
Bizim.Media