“Zirə” klubu daha bir futbolçu ilə yollarını ayırıb. Söhbət Toni Qomesdən gedir. Qvineya-Bisau millisinə dəvət alan 24 yaşlı hücumçu ilə 2 illik müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
"Liverpul"un gənclərdən ibarət komandasının üzvü olmuş forvard karyerası ərzində "Forest Qriin Rovers" (İngiltərə), "Arouxa" (Portuqaliya), "Haras el Hodud", "Tala`ea el Qaiş" (hər ikisi Misir), "Menemenspor", "Tuzlaspor"un (hər ikisi Türkiyə) da formasını geyinib.
Qeyd edək ki, “Zirə” bundan əvvəl Təmkin Xəlilzadə, Nemanya Andelkoviçlə də sağollaşmışdı.
Rəşad Rafiqoğlu, Bizim.Media