"Kəpəz" qış istirahətini başa vuraraq məşqlərə başlayıb.
Klubun mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Gəncə təmsilçisi yanvarın 2-də qış istirahətini başa vuraraq məşqlərini bərpa edib.
Futbolçular gündə iki dəfə olmaqla hazırlıq keçirlər. Məşqlər ayın 5-nə kimi Gəncədə olacaq. "Sarı-göylər" təlim-məşq toplanışı üçün yanvarın 7-də Türkiyəyə yollanacaqlar.
Rəşad Rafiqoğlu, Bizim.Media