Portuqaliyalı hücumçu Kristiano Ronaldo “Əl Nəsr”in stadionunda keçirilən təqdimat mərasimi ilə klubun azarkeşləri və Səudiyyə Ərəbistanı idman ictimaiyyətinə təqdim edilib.
Bizim.Media xəbər verir ki, mərasim komandanın “YouTube” kanalı vasitəsilə canlı yayımlanıb. 37 yaşlı oyunçu tədbirə ailəsilə qatılıb.
Qeyd edək ki, portuqaliyalı Səudiyyə Ərəbistanı klubu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalayıb.
Bizim.Media