Şahin Diniyevin gəlişindən sonra “Səbail” transfer fəaliyyətini gücləndirib.
Bizim.Media xəbər verir ki, klubun danışıq apardığı futbolçulardan biri vaxtilə Azərbaycanda çıxış etmiş Dario Federikodur.
“Kəpəz”də olduğu vaxtlardan Diniyev yaxşı tanıdığı braziliyalını Azərbaycana gətirmək qərarına gəlib. Artıq futbolçu ilə 1,5 illik müqavilənin detalları razılaşdırılıb.
Qeyd edək ki, Dario Federiko son mövsümü Tanzaniyada keçirib.
Rəşad Rafiqoğlu, Bizim.Media