Azərbaycanın daha bir futbol klubu qış hazırlığı üçün Türkiyəyə gedib.
Bizim.Media xəbər verir ki, “Zirə”nin ardından bu dəfə “Səbail” Antalya şəhərinə yola düşüb.
Bakı klubu yanvarın 17-dək Türkiyədə təlim-məşq toplanışında olacaq. Yeni baş məşqçi Şahin Diniyev bu müddətdə 3 yoxlama görüşündə komandasını sınayacaq.
“Səbail” yanvarın 8-də “Legiya” (Polşa), 12-də “Bohemians” (Çexiya), 16-da isə “Spartak”la (Serbiya) qarşılaşacaq.
Qeyd edək ki, “Səbail” ilk yarıdan sonra Premyer Liqada 10 xalla sonuncu pillədə qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media