Braziliya millisinin və PSJ-nin futbolçusu Neymar dünya futbolunun əfsanəsi Pelenin dəfn mərasiminə getməyib .
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, üçqat dünya çempionu ilə vida mərasimi ötən gün Santos stadionunda keçirilib.
Daha əvvəl PSJ-nin hücumçusunun Braziliyaya uçduğu və dəfn mərasimində iştirak edəcəyi bildirilirdi . Lakin Neymar Fransada qalıb. O, bu gün Paris klubunun məşqində iştirak edib.
Dünən futbolçu cəza səbəbindən PSJ-də Liqa 1-də "Lans"la (1:3) matçda oynamayıb.
Qeyd edək ki, braziliyalı Pele dekabrın 29-da dünyasını dəyişib.
Bizim.Media