FİFA prezidenti Canni İnfantino quruma üzv olan bütün ölkələrdən əfsanəvi braziliyalı futbolçu Pelenin şərəfinə bir stadionun adının dəyişdirilməsini xahiş edəcəyini açıqlayıb.
Bizim.Media "The Guardian"a istinadən xəbər verir ki, bu barədə o, Braziliyada Pele ilə vida mərasimi zamanı bildirib:
"Biz dünyanın hər bir ölkəsindən futbol stadionlarından birinin adının Pelenin şərəfinə dəyişdirilməsini xahiş etmək niyyətindəyik".
Qeyd edək ki, Pele 2022-ci il dekabrın 29-da 82 yaşında uzun sürən xəstəlik nəticəsində vəfat edib.
Bizim.Media