Qış fasilsində heyətində ciddi islahatlar aparmağı düşünən “Sumqayıt” daha iki futbolçunu komandadan göndərməyə hazırlaşır.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Baş məşqçi Samir Abasov Elşən Abdullayev və Murad Xaçayevi komandasında görmək istəmir. Hər iki futbolçuya artıq özlərinə komanda tapmaq tapşırılıb.
Qeyd edək ki, bundan əvvəl “gənclik şəhəri” təmsilçisi Xəzər Mahmudov və Vüqar Bəybalayevlə yollarını ayırmışdı. Legionerlərdən isə Damian Daniçiçlə müqaviləyə xitam verilib.
Rəşad Rafiqoğlu, Bizim.Media

