“Qarabağ”ın müdafiəçisi Marko Veşoviç Ağdam klubundan ayrılmayacaq. Monteneqro yığmasının da formasını geyinən cinah oyunçusu Azərbaycanı tərk etməməyə qərar verib.
Bizim.Media xəbər verir ki, Xorvatiyadan “Dinamo” (Zaqreb) və Serbiyanın “Srvena Zvezda” klublarından təkliflər alan müdafiəçi karyerasını “Qarabağ”da davam etdirmək qərarına gəlib. O, yaxın günlərdə Ağdam klubu ilə yeni 2 illik müqavilə bağlayacaq.
Qeyd edək ki, Marko Veşoviç 2 ildir ki, “Qarabağ”ın şərəfini qoruyur.
Rəşad Rafiqoğlu, Bizim.Media