Qış transfer pəncərəsi açıldığından artıq klublarımız aktiv transfer fəaliyyətinə başlayıb. Fasilədən sonra heyətini daha da gücləndirmək istəyən “Sabah” yenə də transferdə fəal olacaq.
Bizim.Media-nın əldə etdiyi məlumata görə paytaxt təmsilçisi ciddi bir transferə hazırlaşır.
Klubun heyətinə qatmaq istədiyi futbolçu isə “Real” Madridin keçmiş oyunçusu Xese Rodrigesdir.
2011-2016-cı illərdə “kral klubu”nun heyətində çıxış edən forvard PSJ, “Stok Siti”, “Sportinq” kimi klubaların da şərəfini qoruyub. Hazırda Türkiyə Superliqasında çıxış edən “Ankaragücü”nün futbolçusu olan Xese Rodriges bu klubda debüt edə bilməyib.
“Sabah”la futbolçunun meneceri arasında danışıqlar uğurla gedir və yaxın günlərdə futbolçunun klubla müqavilə bağlayacağı gözlənilir.
Rəşad Rafiqoğlu, Bizim.Media