Güləşçilərimiz ötən ili 282 medalla başa vurublar

2022-ci il Azərbaycan güləşi üçün kifayət qədər məhsuldar olub. Ötən 1 ildə müxtəlif nüfuzlu yarışlarda tarixi qələbələr, çoxsaylı rekordlar və ilklər qeydə alınıb.

Bizim.Media Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, milli komandalarımız ötən il bütün yaş qrupları üzrə Avropa çempionatlarında 39 qızıl, 22 gümüş, 33 bürünc medal qazanıblar. Ümumilikdə güləşçilərimiz 94 dəfə qitə birinciliklərində fəxri kürsüyə qalxıblar.

Dünya çempionatlarında 16 qızıl, 13 gümüş və 18 bürünc medal əldə olunub. 2022-ci ildə keçirilən mundiallarda ölkəmiz adına 47 medal yazdırıb.

Bundan başqa, yunan-Roma güləşi üzrə millimiz dünya kuboku yarışında gümüş medala yiyələnib.

Digər yarışlara gəlincə, sözsüz, bunlardan ən önəmlisi Konyada keçirilən V İslam Həmrəyliyi Oyunları idi. 23 (8 qızıl, 8 gümüş, 7 bürünc) medal əldə edən güləşçilərimiz növbəti dəfə Azərbaycan idmanının flaqmanı olduğunu isbatladılar. İl ərzində baş tutan başqa beynəlxalq yarışlarda qazanc 36 qızıl, 31 gümüş və 50 bürünc medal olub.

Beləliklə, güləşçilərimiz 2022-ci ili ümumilikdə 282 medalla başa vurublar. 99 idmançımız baş mükafata yiyələnib. Bundan başqa, 75 gümüş və 108 bürünc medal qazanılıb.

2022-ci il Azərbaycan güləş tarixinə rekordlar ili kimi yazıldı. Təsadüfi deyil ki, geridə qoyduğumuz ildə 30-a yaxın rekord yeniləndi. Yunan-Roma güləşində böyüklər arasında, U-17 və U-15 yaş qrupunda, sərbəst güləşdə isə böyüklərlə yanaşı, U-23 və U-17 yaş qrupunda komanda hesabında Avropa çempionu olduq. Çimərlik güləşi üzrə U-17 millimizin həm Avropa, həm də dünya çempionatında 4 qızıl medal qazanaraq maksimum nəticəyə imza atdı.

Yunan-Roma güləşi üzrə yığmamızın rekord xalla komanda hesabında dünya ikinci olması da, böyük uğurlar sırasındadır. Ümumilikdə Avropa və dünya çempionatlarında komanda hesabında 16 dəfə ilk “3-lük”də yer aldıq.

Ötən il Azərbaycan Güləş Federasiyası üçün də məhsuldar alındı. İlk dəfə U-15 yaş qrupunda və çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçirildi.

Dünya Güləş Birliyinin (UWW) təqvim planında yer alan sonuncu beynəlxalq yarış olan “Təhsil” turniri də ilklər sırasına yazıldı. Ölkəmizdə keçirilən ilin ən önəmli yarışı yunan-Roma güləşi üzrə dünya kuboku oldu. UWW rəsmiləri yarışın yüksək səviyyədə təşkil edilməsini böyük məmnunluqla qeyd etdilər.
Sentyabrda ikiqat Olimpiya və dördqat dünya çempionu Con Smitin ABŞ-dan ölkəmizə təşrif buyuraraq Bakı, Astara və Gəncədə ustad dərsləri keçməsi, həmçinin bir neçə gün əvvəl güləşimizin canlı əfsanələrinin eyni məqsədlə Astara Olimpiya İdman Kompleksində yeniyetmə və gənclərlə görüşü böyük maraq və rəğbətlə qarşılandı.

Sözsüz, atılan bu addımlar güləşin ölkəmizdə daha da populyarlaşmasına və kütləviləşməsinə hesablanıb. Bu tip tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.

Azərbaycan güləş hakimləri də yeni inkişaf mərhələsinə qədəm qoyublar. Bu il beynəlxalq dərəcəli referilərin sırasına daha 2 ədalət təmsilçimiz qoşuldu. 4 hakimimiz isə kateqoriyalarını yüksəltdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp: “NATO bizə heç vaxt lazım olmayıb”

Tramp: “NATO bizə heç vaxt lazım olmayıb”

Çin klubu Bəhlul Mustafazadəyə TƏKLİF GÖNDƏRDİ

Çin klubu Bəhlul Mustafazadəyə TƏKLİF GÖNDƏRDİ

DİN-dən ƏMƏLİYYAT: 46 kq marixuana aşkarlandı - VİDEO

DİN-dən ƏMƏLİYYAT: 46 kq marixuana aşkarlandı - VİDEO

Röya Ayxanın qardaşı bu sahədə ÇALIŞIRMIŞ - VİDEO

Röya Ayxanın qardaşı bu sahədə ÇALIŞIRMIŞ - VİDEO

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi - FOTO

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi - FOTO

Prezident və ailəsi Davosda Trampla görüşüb - FOTO/VİDEO

Prezident və ailəsi Davosda Trampla görüşüb - FOTO/VİDEO

Zelenski ilə Tramp arasında görüş bir saatdan çox DAVAM EDİB

Zelenski ilə Tramp arasında görüş bir saatdan çox DAVAM EDİB

Nihat Kahveçidən "Qarabağ"ın qələbəsinə emosial REAKSİYA - VIDEO

Nihat Kahveçidən "Qarabağ"ın qələbəsinə emosial REAKSİYA - VIDEO

Mirşahin Ağayev Vahid Mustafayevə cavab verdi: Sərt ittihamlar - VİDEO

Mirşahin Ağayev Vahid Mustafayevə cavab verdi: Sərt ittihamlar - VİDEO

Zelenski Davos Forumunda Qərbi İTTİHAM ETDİ - VİDEO

Zelenski Davos Forumunda Qərbi İTTİHAM ETDİ - VİDEO

32 su istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb - FOTO

32 su istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb - FOTO

“Ayntraxt”ı məğlub edən “Qarabağ” görün nə qədər QAZANDI

“Ayntraxt”ı məğlub edən “Qarabağ” görün nə qədər QAZANDI

Bakının 22 istiqamətində SIXLIQ VAR

Bakının 22 istiqamətində SIXLIQ VAR

Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirilib - FOTO

Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirilib - FOTO

Ançelotti yenidən “Real”a QAYIDA BİLƏR

Ançelotti yenidən “Real”a QAYIDA BİLƏR

Acun İlıcalının ortağı hava limanında saxlanıldı – FOTO

Acun İlıcalının ortağı hava limanında saxlanıldı – FOTO

Yuri Semin: “Qurban Qurbanov “Qarabağ”da sadəcə uğur qazanmır, superuğurlu işləyir”

Yuri Semin: “Qurban Qurbanov “Qarabağ”da sadəcə uğur qazanmır, superuğurlu işləyir”

Fərid Şahbazlı: “Davosda Azərbaycanın siyasi və iqtisadi potensialı qlobal miqyasda təqdim olunur”

Fərid Şahbazlı: “Davosda Azərbaycanın siyasi və iqtisadi potensialı qlobal miqyasda təqdim olunur”

Tramp: “Dəmir Qübbə” İsrailin yox, Amerikanın silahıdır

Tramp: “Dəmir Qübbə” İsrailin yox, Amerikanın silahıdır

Davosda Zelenski və Tramp arasında görüş KEÇİRİLDİ – VİDEO/YENİLƏNİB

Davosda Zelenski və Tramp arasında görüş KEÇİRİLDİ – VİDEO/YENİLƏNİB

Böyük Britaniya “Sülh Şurası”na üzv olmayacaq

Böyük Britaniya “Sülh Şurası”na üzv olmayacaq

Sülh Şurasının imzalanması mərasimində Tokayev Trampa nə deyib?

Sülh Şurasının imzalanması mərasimində Tokayev Trampa nə deyib?

AZAL “Accelya” ilə əməkdaşlığa başlayır

AZAL “Accelya” ilə əməkdaşlığa başlayır

36 il əvvəl bu gün – Gəncədə sovet ordusunun qarşısı NECƏ ALINDI? – VİDEO

36 il əvvəl bu gün – Gəncədə sovet ordusunun qarşısı NECƏ ALINDI? – VİDEO

End of content

No more pages to load

RADİO