"Mançester Yunayted"in futbolçusu Markus Reşford intizamsızlığa görə cəzalandırılıb.
Bizim.Media “BBC”-yə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Erik ten Haq bildirib.
O qeyd edib ki, bu, daxili intizam tədbiridir. 25 yaşlı hücumçu cəza səbəbindən Premyer Liqanın 18-ci turunda "Vulverhempton"a qarşı matçda ehtiyat oyunçular skamyasında yer alıb.
Bizim.Media