"Barselona"nın futbolçusu komandanın heyətində La Liqada 300-cü oyununa çıxıb.
Bizim.Media xəbər veir ki, 33 yaşlı müdafiəçi 15-ci turda Kataloniya təmsilçisinin heyətində "Espanyol"la hazırda davam edən oyunda iştirak edir.
Bu da Albanın "Barselona" ilə La Liqadakı 300-cü oyunu kimi tarixə düşüb. O, "Barselona"nın bu həddə çatan 12-ci futbolçusudur. Rekord isə ötən ilin yayında "Barselona"dan ayrılan Lionel Messiyə məxsusdur (La Liqada 520 oyun).
Bizim.Media