İspaniyanın “Marca” nəşri 2022-ci ilin ən yaxşı futbolçusu üçün keçirilən səsvermənin nəticələrini açıqlayıb.
Bizim.Media xəbər verir ki. 130 mindən çox abunəçinin iştirak etdiyi səsvermənin finalında PSJ-nin futbolçuları Kilian Mbappe və Lionel Messi qarşılaşıblar.
Mbappe 56 faiz səs toplayıb və komanda yoldaşını qabaqlayaraq ilin ən yaxşısı seçilib.
“Real”ın hücumçusu Kərim Benzema (66 faiz səs) sorğuda üçüncü olub. Üçüncü yer üçün səsvermədə o, “Mançester Siti”nin futbolçusu Erlinq Haalandı (34 faiz səs) məğlub edib.
Bizim.Media