Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo "Əl-Nəsr"lə (Səudiyyə Ərəbistanı) müqavilə imzalayıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Əl-Ərəbiya" telekanalı məlumat yayıb.
37 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb. Onun yeni klubunda ilinə 200 milyon avro qazanacağı bildirilir.
Qeyd edək ki, Ronaldo noyabrda "Mançester Yunayted"dən ayrılıb.
Bizim.Media