"Napoli"in futbolçusu Xviça Kvaratsxeliya komandanın mövsümün sonunda A seriyasının çempionu olmaq şanslarını dəyərləndirib.
Bizim.Media xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi bunun mümkün ola biləcəyini deyib:
"Skudetto haqqında danışa bilərikmi? Bəli. Qarşıda hələ çox vaxtımız və çoxlu oyunlarımız var.
Bizim üçün hər matç prinsipial əhəmiyyət kəsb edir. Bu məqsədə çatmaq üçün əlimizdən gələni edəcəyik".
Xatırladaq ki, Xviça bu ilin yayından "Napoli"də oyayır. O, Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.
Bizim.Media