Hücumçu Lionel Messi doğma şəhəri Rosarioda Argentina millisinin 2022-ci il dünya çempionatındakı qələbəsini parlaq şəkildə qeyd edib.
Bizim.Media Gazeta.ru-ya istinadən xəbər verir ki, futbolçu Milad bayramı günlərində şəhərdəki gecə klublarından birinə baş çəkib və orada dünya çempionatındakı qələbəsini qeyd edib.
Sosial şəbəkələrdə şənlik anının videosu yayılıb.
Dekabrın 18-də dünya çempionatının finalında Argentina millisi Fransa millisinə qalib gələrək kubokun yeni sahibi olub. 35 yaşlı Messi üçün bu, karyerasında ilk Dünya Kuboku tituludur.
Bizim.Media