“Real"ın üç yarımmüdafiəçisi dünya çempionatından sonra hələ də komandanın bazasına qayıtmayıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunlar turnirin bürünc mükafatçısı Luka Modriç (Xorvatiya), gümüş mükafatçılar Eduardo Kamavinqa (Fransa) və Aurelien Tçuamenidir (Fransa).
Bildirilib ki, bu futbolçular hələ komanda ilə məşqləri bərpa etməyiblər. Onlar indiyə kimi bazaya qayıtmalı idilər.
Qeyd edək ki, "Real" La Liqanın növbəti turunda sabah "Valyadolid"lə qarşılaşacaq.
Bizim.Media