"Bavariya" müdafiəçisi Alfonso Davisin satışına veto qoyub.
Bizim.Media Almaniya mətbuatına istinadən xəbər verir ki, Münhen təmsilçisi 22 yaşlı oyunçunu komandanın liderlərindən hesab edir.
Klub futbolçu ilə 2025-ci ilin yayında başa çatacaq müqaviləni uzatmağa hazırlaşır.
Qeyd edək ki, kanadalı futbolçu bu mövsüm "Bavariya"nın heyətində 21 oyun keçirib, 3 qol vurub və 3 qolun ötürməsini verib.
Bizim.Media